Dek
2022
00:46
135
99
3061
Virtual karabakh

Puqaçova və Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilərlər

7 Dek, 2022
00:46
3061

Puqaçova və Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilərlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı müğənni Alla Puqaçova və onun əri, şoumen Maksim Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilərlər.

Bu barədə araşdırmaçı jurnalist Raviv Druker məlumat verib.

Onun sözlərinə görə, qərara səbəb sənətçilərin dini mənsubiyyəti ola bilər. Cütlük yəhudiliyi yox, xristianlığı qəbul edib. 2017-ci ildə Qalkin və Puqaçova Moskva kilsələrindən birində evləniblər.

İsrail qanunlarına görə, inanclarını qəsdən dəyişən yəhudilər repatriasiya hüququndan məhrum edilirlər.

Qeyd edək ki, sentyabrın sonunda Puqaçova Rusiyanı tərk edib. İfaçının Vnukovo hava limanından İsrailə geri dönüş bileti olmadan uçduğu dəqiqləşib. Daha sonra müğənninin İsrail vətəndaşlığı aldığı məlum olub.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri