17 
Mar
2015
18:18
28
16
4679
Virtual karabakh

Miri Yusifin "Yarımdünya"sı – VİDEO

17 Mar, 2015
18:18
4679

Miri Yusifin "Yarımdünya"sı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Onların dostluğu bir vaxtlar belə bir sınaqdan artıq keçib".

Müğənni Miri Yusifin “İstə” adlı mahnısına çəkdirdiyi klipi və rol aldığı "Yarımdünya" filmi ilə bağlı mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, ekran işi aprelin 9-da nümayiş olunacaq “Yarımdünya” filminin görüntüləri əsasında hazırlanıb. Mahnının sözləri və musiqisi Miri Yusifə aiddir. Tədbirdə həmçinin kinonun tanıtım çarxı da nümayiş olunub.

Filmdə Miri Yusiflə yanaşı, aparıcı Tural Əsədov, model Gülsara, aktrisa Pərvin Abıyeva, aktyor Osman Albayraq və Qurban İsmayılov çəkiliblər. Ekran işində səslənən bütün mahnılar M.Yusifə məxsusdur.

"Yarımdünya"nın rejissoru Osman Albayraq, prodüseri Tural Əsədovdur. Film müğənninin bu yaxınlarda həyatını itirmiş dostunun xatirəsinə ithaf olunub.

Filmin qısa məzmunu belədir:

Fuad – cinayət-axtarış idərəsinin əməkdaşı, Anar isə tamaşaçı sevgisini qazanmağa can atan musiqiçidir. Uşaqlıqdan hər bir sevinc və kədəri bir-birləri ilə bölüşən dostlar bu gün gözəl və uğurlu Dənizin sevgisini öz aralarında bölə bilmək gücündə deyillər. Onların dostluğu bir vaxtlar belə bir sınaqdan artıq keçib. Bəs bu dəfə necə olacaq? Dünya qədər qoca, lakin daim aktual… hekayə… Kinoda həyatdakı kimi, həyatda kinodakı kimi. Deyəsən, onların dünyadan xəbəri yoxdur…

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri