11 
Yan
2023
18:52
33
489
3476
Virtual karabakh

Ayaqları tutulan “Toppuş bacı”: “Yeni törəmələr əmələ gəlib, maddi yardıma ehtiyacım var”

11 Yan, 2023
18:52
3476

Ayaqları tutulan “Toppuş bacı”: “Yeni törəmələr əmələ gəlib, maddi yardıma ehtiyacım var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səhhətim və maddi vəziyyətim çox ağırdır”. 

Bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb: 

“Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram”. 

Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib: 

“Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüf ki, kimsə maddi yardım etmir”. 

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyanın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. O, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.

Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüa terapiyası almalı, daha sonra isə “ağıllı” dərmanlar qəbul etməli olduğunu açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri