22 
Mar
2015
12:20
294
42
11850
Virtual karabakh

Aygün Kazımova ermənilərə görə müsabiqədən imtina etdi - FOTO

22 Mar, 2015
12:20
11850

Aygün Kazımova ermənilərə görə müsabiqədən imtina etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sevənlərim mənə səs göndərməsinlər”.

Xalq artisti Aygün Kazımova “Big Apple Music Awards 2015” müsabiqəsinə qatılmaqdan imtina edib. 

Oxu.Az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni bunun səbəbinin təşkilatçılar olduğunu bildirib:

“Bunun səbəbi təşkilatçıların erməni olmasıdır. Sevənlərim mənə səs göndərməsinlər”.

Qeyd edək ki, mükafatlandırma gecəsi iyunun 14-də Nyu-Yorkda baş tutacaq.

Müsabiqənin nominantları arasında Tarkan, Əmir Diab kimi məşhurların da adı yer alıb.

2007-ci ildən keçirilən “Big Apple Music Awards” müsabiqəsinə Qafqaz, Orta Şərq və Mərkəzi Asiya ölkələrinin tanınmış müğənniləri qatılırlar.

Ötən il müsabiqədə xalq artisti Brilliant Dadaşova və müğənni İlhamə Qasımova mükafata layiq görülmüşdülər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri