25 
Mar
2015
18:08
413
189
46613
Virtual karabakh

Moskvada azərbaycanlı müğənnini soyundurub vəhşicəsinə döydülər

25 Mar, 2015
18:08
46613

Moskvada azərbaycanlı müğənnini soyundurub vəhşicəsinə döydülər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polislər müğənnini huşsuz vəziyyərdə tapıblar.

Azərbaycanlı müğənni Vüqar Muradov Rusiyanın paytaxtı Moskvada vəhşicəsinə döyülüb. 

Oxu.Az xəbər verir ki, bu barədə ANS TV-nin "Adam içində" verilişində xəbər verilib.

İfaçını huşsuz vəziyyətdə tapan polislər ilkin tibbi yardımdan sonra onu polis bölməsinə aparıb sorğu-sual ediblər. 

Müğənni Vüqar toy adı ilə Moskvaya dəvət aldığını bildirib. Onu toya dəvət edənlər azərbaycanlılar olub və 1000 dollar beh də alıb.

Təyyarədən endikdən sonra hava limanında quldur basqınına məruz qalıb. Müğənninin başına sılah dayanaraq açıq sahəyə aparıblar və soyundurub döyüblər. Vüqar 45 dəqiqə şaxtada açıq havada yerdə hərəkətsiz vəziyyətdə qalıb. 

Vuqar Muradov 23 martda Moskvaya yola düşüb. Beh İlkin adlı köməkçisinə verilib. 

Qeyd edək ki, müğənni bir neçə saat əvvəl sosial şəbəkədə Moskvadan Azərbaycana salamlar göndərib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri