25 
Yan
2023
08:18
36
107
2940
Virtual karabakh

Antonio Banderas ürəktutması barədə: “Həyatımın ən yaxşı hadisəsi idi”

25 Yan, 2023
08:18
2940

Antonio Banderas ürəktutması barədə: “Həyatımın ən yaxşı hadisəsi idi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış ispan aktyor Antonio Banderas altı il əvvəl keçirdiyi infarktın həyatını kökündən dəyişdiyini etiraf edib.

62 yaşlı məşhurun ​​sözlərinə görə, bu, onu bir çox məsələlərə fərqli tərəfdən yanaşmağa vadar edib.

“Altı il əvvəl infarkt keçirdim. Bu, yəqin ki, həyatımın ən yaxşı təcrübələrindən biri idi. Bu, eynək taxıb vacib olanı görmək kimi bir şey idi”, - deyə o bildirib. Aktyor karyerasını tamamilə yenidən düşündüyünü və ona münasibətini dəyişdiyini deyib. Xüsusilə də, ulduz aktyorluq peşəsində yalnız zövq axtarmağa başlayıb.

“İnfarkt keçirəndən sonra mən ancaq oyunumdan həzz almağı düşünürəm. Başqa heç nəyi vecimə almıram. Mənim üçün həyat kiminsə: "Motor!” deməsi və ya pərdə qalxması ilə başlayır”, - Banderas əlavə edib.

Mənbə: korrespondent.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri