26 
Yan
2023
18:12
13
263
8241
Virtual karabakh

“Kurtlar Vadisi”nin məşhur aktyoru qəfildən vəfat edib - FOTO/VİDEO

26 Yan, 2023
18:12
8241

“Kurtlar Vadisi”nin məşhur aktyoru qəfildən vəfat edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında iki mövsüm oynayan aktyor Levent Güner 58 yaşında vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə onun həmkarı Zəfər Algöz xəbər verib.

Aktyor onun qəfildən, infarkt keçirərək dünyasını dəyişdiyini bildirib.

Levent Güner məşhur serialda “Pala”nın (Yüksel Arıcı) adamı “Bedir”i canlandırıb. Ssenariyə əsasən, o, “Pala” ilə İstanbula gələrək “Hüsrev Ağa”nın (Baykal Saran) yanında məskunlaşıb. “Pala”nın əmri ilə o, “Aslan Akbəyi” (Səlçuq Yöntem) üç güllə ilə öldürmüşdü.

Aktyor “Kurtlar Vadisi” serialından əlavə, “Mem u Zin”, “Böcek”, “Aylaklar”, “Dudaktan Kalbe”, “Amok Koşucusu”, “Acayip Hikayeler”, “Reaksiyon”, “Kaybolan Yıllar”, “Bu Sevda Bitmez” ve “Pilli Bebek” kimi layihələrdə rol alıb.

Bundan başqa, onun “Eski Bir Sevda” adlı albomu da olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri