Apr
2015
10:11
15
10
2366
Virtual karabakh

Miri Yusifin çəkildiyi film təqdim olundu - FOTO + VİDEO

7 Apr, 2015
10:11
2366

Miri Yusifin çəkildiyi film təqdim olundu - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Filmdə aktyor Kamran Ağabalayevin məni döydüyü səhnələr realdır".

Türkiyəli Osman Albayrağın rejissorluğu ilə ərsəyə gələn "Yarımdünya" filminin qala gecəsi baş tutub.

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, ekran işində əsas rollarda müğənni Miri Yusif, aparıcı Tural Əsədov, model Gülsara, aktrisa Pərvin Abıyeva və Qurban İsmayılov çəkilib.

Filmlə bağlı təəssüratlarını bölüşən Miri Yusif bunları deyib:

"Filmə ilk dəfə təqdimat günü baxdım. Bir aya yaxın vaxt ərzində çəkilişlər başa çatdı. Ssenari mənə veriləndə rejissordan bir istəyim var idi: danışıq tərzimi olduğu kimi saxlamaq. Çünki mən gündəlik həyatda dostlarımla necə danışıramsa, burada da elə olmalı idi. Bura söyüş də daxildir. Məncə, belə daha maraqlı alınıb. Filmdə aktyor Kamran Ağabalayevin məni döydüyü səhnələr realdır. Burnumda əyrilik var idi. Türkiyəyə müalicəyə gedəcəkdim. Kamran vurdu, düzəldi. Sağ olsun" (gülür).

T.Əsədov "Yarımdünya" ilə bağlı #sevgiyoxdur haştaqını yaratdıqlarını bildirib:

"Bu cür etdik ki, hər kəsdə maraq doğursun. Bu, düşünülmüş addım idi. Sevgi var ya yoxdur?"

Rejissor Osman Albayraq isə aktyor heyətindən razılıq edib:

“Hər kəs öz obrazının öhdəsindən layiqincə gəldi".

Əlavə edək ki, ekran işinin ssenari müəllifi Mehmet Ulukan, prodüseri isə Tural Əsədovun özüdür. Filmdə səslənən bütün mahnılar Miri Yusifə məxsusdur.

Qala gecə sənət aləminin tanınmış simalarının iştirakı ilə keçirilib.

Qeyd edək ki, film aprelin 9-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri