Mar
2023
11:52
18
166
4117
Virtual karabakh

Məşhurlar 8 Martda hansı hədiyyələrı aldılar?

9 Mar, 2023
11:52
4117

Məşhurlar 8 Martda hansı hədiyyələrı aldılar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhurlar 8 Martda hansı hədiyyələri aldılar?

Oxu.Az məşhur sənətçilər arasında 8 Mart -  Beynəlxalq Qadınlar Günündə aldıqları hədiyyələrlə bağlı sorğu keçirib. Sorğumuzda iştirak edən xanımlar bunları deyib.

Xalq artisti Məleykə Əsədova bildirib ki, ən gözəl hədiyyəni qızından alıb. Ancaq hədiyyənin nə olduğunu aktrisa açıqlamayıb.

Əməkdar artist Nigar Şabanova qızıl dəsti və çiçəyin bayramda aldığı ən gözəl hədiyyə olduğunu deyib. Hədiyyəni verənin kimliyinə gəlincə isə, müğənni sadəcə “Ən yaxın insanımdan” cavabını verməklə kifayətlənib. 

Müğənni Sevda Yahyayeva bayramda çoxlu hədiyyə aldığını qeyd edib:

“Dostlardan, tanışlardan çoxlu hədiyyə aldım. Ancaq təbii ki, ən gözəl hədiyyəni həyat yoldaşım etdi. Əslində, mənim üçün indi ilin hər günü bayramdır, çünki balam mənim ən gözəl hədiyyəmdir”.

Əməkdar artist Nahidə Orucova qızının və kürəkəninin hədiyyəsinə daha çox sevindiyini deyib. Belə ki, aktrisanın qızı ona ev pijaması alıb.

Xalq artisti Gülyaz Məmmədova ən çox xoşuna gələn hədiyyəni oğlundan aldığını deyib.

“Ən gözəl hədiyyəni oğlumdan aldım. Həmişə olduğu, kimi ilk o, məni təbrik edir. Özüm kimidir, həmişə maraqlı və fərqli nəsə edir”.

Xalq artisti Naibə Allahverdiyeva ürəkdən edilən jestlərin onun üçün əhəmiyyətli olduğunu qeyd edərək, konkret ad çəkməsə də, dostlarının hədiyyələrini bəyəndiyini deyib. 

Xalq artisti Aygün Bayramova gülləri çox sevdiyini və bayramda ən gözəl hədiyyənin gül dəstəsi olduğunu vurğulayıb. “Gülləri sizə həyat yoldaşınız almışdı?”, - sualına isə xanəndə gülümsəməklə cavab verib.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri