Mar
2023
16:32
75
381
6260
Virtual karabakh

Samirə Əfəndinin maşınına tüpürən şəxs saxlanıldı

9 Mar, 2023
16:32
6260

Samirə Əfəndinin maşınına tüpürən şəxs saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş Avroviziya təmsilçimiz Samirə Əfəndinin avtomobilinə hücum edən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən X.Atakişiyev müəyyən edilərək saxlanılıb.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

X.Atakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Protokola Nəsimi Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilk iclası martın 9-da keçiriləcək.

Xatırladaq ki, müğənni Samirə Əfəndi bir neçə gün bundan öncə öz şəxsi “Instagram” hesabında maşınına hücum edən şəxs barəsində paylaşım etmişdi:

“Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyicilərimin 70 faizi əcnəbilərdir. Buna göz yummaq, susmaq olmaz. Artıq bəsdir!”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri