13 
Mar
2023
00:14
239
141
4417
Virtual karabakh

Mahsun Kırmızıgülün Bakıdakı konsertindən FOTOREPORTAJ - VİDEO

13 Mar, 2023
00:14
4417

Mahsun Kırmızıgülün Bakıdakı konsertindən FOTOREPORTAJ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıda konsert proqramı ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən konsertdən gələn gəlir qardaş ölkədə baş verən zəlzələ qurbanları üçün ianə ediləcək.

Konsert zamanı tez-tez zəlzələ ilə bağlı mövzulara toxunan ifaçı bildirib ki, fəlakət bölgəsində olduğu müddət ərzində azərbaycanlı xilasediciləri də görüb. O, Azərbaycandan gələn yardımları yüksək qiymətləndirib.

Mahsun Kırmızıgül konsert zamanı onun fanatı olan azərbaycanlı şəhid Anar İsrəfilovun videosunu nümayiş etdirib.

A.İsrafilov görüntülərdə onun “Annem-annem” mahnısını səsləndirib. M.Kırmızıgül bildirib ki, şəhidin atası və övladları konsertdədir.

Müğənni onu da qeyd edib ki, şəhidin hər iki övladının təhsil haqlarını özü qarşılayacaq.

PhotoStock.az-ın sözügedən konsertdən hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri