15 
Mar
2023
14:52
86
196
13639
Virtual karabakh

Afaq Gəncəli hansı xəstəlikdən əziyyət çəkir? - FOTO

15 Mar, 2023
14:52
13639

Afaq Gəncəli hansı xəstəlikdən əziyyət çəkir? - FOTO

Səhhəti ilə bağlı efirdən uzaqlaşan aparıcı Afaq Gəncəlinin xəstəliyi bəlli olub.

“Olay” yazır ki, onun zobdan (Qalxanabənzər vəzinin həcminin böyüməsi - red.) əziyyət çəkdiyi öyrənilib.

Bu barədə “Səhərin səsi” verilişinin aparıcısı Samir Bayramlı proqramda deyib.

“Afaqla danışmışam. Zob xəstəliyindən əməliyyat keçirib. Bir ay ona çox danışmaq olmaz. Sentyabrdan yenə də işlərinin başına qayıdacaq”, - deyə Samir qeyd edib.

Xatırladaq ki, bir müddət öncə A.Gəncəli açıqlama verərək səhhəti ilə bağlı “Səhər mərkəzi” verilişindən uzaqlaşdığını söyləmişdi. Onun yerinə isə efirə layihənin redaktoru Aysel Novruzova gəlib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri