29 
Mar
2023
01:56
52
107
5945
Virtual karabakh

Adriana Lima sevgilisi ilə qırmızı xalıda - FOTO

29 Mar, 2023
01:56
5945

Adriana Lima sevgilisi ilə qırmızı xalıda - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliyalı model Adriana Lima ABŞ-nin Los-Anceles şəhərində “Air Jordan” filminin qala gecəsində qırmızı xalıya sevgilisi, kinoprodüser Andre Lemmerslə çıxıb.

“Victoria's Secret”in keçmiş mələyi ötən ilin avqust ayında körpələrini qucaqlarına alaraq sevgilisi ilə kamera qarşısına keçmişdilər.

Adriana Lima “Dolce & Gabbana” brendindən 2250 avro dəyərində qırmızı libas geyinib. 41 yaşlı modelin dodaqları və dırnaqları da parlaq qırmızı olub.

Basketbolçu Maykl Cordanın şərəfinə eyniadlı idman ayaqqabısı seriyasının yaradılması tarixinə həsr olunmuş “Air Jordan” filmi aktyor Ben Afflek tərəfindən lentə alınıb. Afflekin özü, həmkarı Mett Deymon, həmçinin Viola Devis, Ceyson Beytman, Kris Taker və digər Hollivud ulduzları da filmdə çəkiliblər.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri