13 
Apr
2015
11:20
112
35
4393
Virtual karabakh

Elnur Hüseynovun Avropa turu davam edir – FOTO

13 Apr, 2015
11:20
4393

Elnur Hüseynovun Avropa turu davam edir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ailəyə döndüyüm üçün xoşbəxtəm!”.

Xəbər verdiyimiz kimi “Eurovision” Mahnı Müsabiqəsinin 60-cı ildönümündə Azərbaycanı təmsil edəcək olan Elnur Hüseynov Vyanadakı çıxışından öncə tanıtım turuna yollanıb.

Oxu.Az xəbər verir ki, tur Baltikyanı ölkələrdən Latviyanın paytaxtı Riqada start götürüb. Daha sonra Macarıstanın paytaxtı Budapeşt, “Eurovision in Concert” üçün Amsterdam, “Eurovision Party” üçün Moskva ilə davam edəcək. Bir neçə ölkə daha bu siyahıya əlavə ediləcək.

Budapeştə aprelin 13-də yollanacaq olan Elnur ilk öncə Macarıstan təmsilçisi Boggie ilə görüşəcək, daha sonra isə bir neçə televiziya kanalına qonaq olaraq öz müsabiqə mahnısını ifa edəcəkdir.

Budapeştdən sonra Elnuru Hollandiya səfəri gözləyir. O, aprelin 18-də ənənəvi olaraq hər il Amsterdamda keçirilən və bu il 20-dən artıq “Eurovision 2015” təmsilçisini özünə cəlb etməyə müvəffəq olmuş “Eurovision in Concert”-də səhnəyə çıxacaq.

24 aprel tarixində Elnur Moskvada keçiriləcək olan “Eurovision” öncəsi konsertə qatılaraq digər on “Eurovision” ölkəsindən olan iştirakçılarla bir səhnəni paylaşacaq.

“Bütün bu Eurovision-öncəsi təlaşdan ötəri darıxmışam – bütün günü yollarda, fanlar vэ digər təmsilçilərlə görüşlər... Ailəyə döndüyüm üçün xoşbəxtəm!”, – Elnur deyib.

Qeyd edək ki, may ayının 21-də Elnur Hüseynov  “Eurovision 2015” Mahnı Müsabiqəsinin ikinci yarımfinalında 11-ci nömrə altında səhnəyə çıxacaq və Azərbaycanı “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək. 

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri