15 
Apr
2015
10:09
47
132
15864
Virtual karabakh

Azərbaycanlı aktrisa: İntim həyat iki nəfərin arasında olan şeydir – FOTO

15 Apr, 2015
10:09
15864

Azərbaycanlı aktrisa: İntim həyat iki nəfərin arasında olan şeydir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sənət baxımından məni qısqanmır”.

Oxu.Az aktrisa Mətanət Əhmədovanın milli.az-a müsahibəsini ixtisarla təqdim edir: 

- İndiki gənc aktrisalarda ən çox nəyi müşahidə edirsiniz?

- Çayı hoppanmamış hop deyirlər. Sənət bir tərəfə qalıb, hamısı ulduzluq eşqindədirlər. Balaca bir epizodda oynayan kimi çoxusu özünü Sofi Loren hesab edir (gülür). Bu, bədbəxtçilikdir. Sənəti sevmək lazımdır, ondan nəyəsə görə istifadə etmək yox... Amma çox az bir qism var ki, onlar, həqiqətən də, sənəti sevirlər.

- Gündəlik çox sərbəst geyinən aktrisalardan birisiniz. Yəni ki, açıq-saçıq libaslardan yerinə görə komplekssiz istifadə edən xanımlardansınız. Bəs rejissorlar açıq-saçıq səhnələr üçün sizə nə əcəb müraciət etmirlər?

- Elə də açıq-saçıq geyinirəm, deməzdim. Yaraşanı, əsas da iki uşaq anasına yaraşanı geyinirəm (gülür). Müraciət etməzlər də, çünki xasiyyətimi bilirlər (gülür). Bir də ki, elə rollar mənim xasiyyətimə uyğun deyil.

- Axı siz aktrisasınız, o oynayacağınız rol da “siz” olmayacaqsınız. Oynadığınız obrazın sizin xaraketrinizlə nə əlaqəsi ola bilər ki?

- O mənada olar. Amma nəzərə almaq lazımdır ki, bura Azərbaycandır. Mənlik deyil (gülür).

- Deməli, ictimai qınaqdan qorxursunuz, elədir?

- Xeyr, onsuz da, tərs və inadam. Dediyimi axıra qədər deyirəm (gülür). Sadəcə olaraq, sevmirəm o səhnələrdə oynamağı. Aktrisalar var, rejissor ona sual verəndə ki, özünü nədə görürsən, hansı rolu oynayardın? Deyir ki, fahişəni. Fahişəni verin, oynayım. Hərə bir cürdür də...

İntim həyat iki nəfərin arasında olan şeydir. Onu nəinki bütün aləm, heç üçüncü şəxsin görməsi də düzgün deyil. Mən belə düşünürəm.

- Bu düşüncə tərzi “kadrarxası” da özünü büruzə verir?

- Həyatda da öz intim həyatımdan danışmağı sevmirəm və kimsə danışanda da qəbul etmirəm. Hətta qonaq gedəndə də getdiyim evin nə yataq otağına girməyi, nə də soyuducunu açıb baxmağı sevmirəm. Bunu ayıb bilirəm. Olmaz.

- Bildiyimə görə, siz türk vətəndaşı ilə ailə qurmusunuz. Bəs onun münasibəti necədir sizin sənətinizə?

- O, məni həmişə dəstəkləyib, indi də dəstəkləyir. Sənət baxımından məni qısqanmır. Çünki dostlarımı, çalışdığım adamları, sənət yoldaşlarımı mənim qədər tanıyır (gülür).

- Sizcə, bu gedişlə sənət hara gedir?

- Molokanda köhnə bina söküləndə yerinə su çıxdı... Yəqin ki, batır, yerində heç nə tikə bilmirlər...

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri