Elnur Hüseynov Amsterdamda səs-küyə səbəb oldu - FOTO
Elnur Hüseynov Amsterdamda səs-küyə səbəb oldu - FOTO
Mətbuat onu bir dəqiqəlik də olsa, buraxmaq istəmirdi.
Azərbaycanı "Eurovision 2015" mahnı müsabiqəsində təmsil edəcək Elnur Hüseynov aprelin 18-də Avropa promoturu çərçivəsində Amsterdamda oldub.
Oxu.Az xəbər verir ki, Elnur müsabiqə öncəsi ən möhtəşəm tədbirdə - hər il keçirilən "Eurovision in Concert" əyləncəli gecədə iştirak etməyə dəvət olunmuşdu. Tədbirə 20-dən artıq müsabiqə iştirakçısı qatılıb.
Elnur Hüseynov vaxtını hədər itirmirdi. Əvvəl o, mətbuat konfransında səs-küyə səbəb oldu: mətbuat onu bir dəqiqəlik də olsa, buraxmaq istəmirdi, bütün diqqətlər azərbaycanlı ifaçıya yönəlmişdi. Elnur həm yerli mətbuata, həm də müsabiqəni işıqlandıran aparıcı medialara müsahibə verdi.
Daha sonra "Melkweg" səhnəsində Elnuru yenə də xoş qəbul gözləyirdi. O, "Hour of the Wolf" müsabiqə mahnısını ifa etdi və bununla zaldaki tamaşaçıları çox sevindirdi.
Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında "Hour of the Wolf" mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək (Milli.Az).