27 
May
2023
22:50
358
49
5890
Virtual karabakh

Azərbaycanlı ifaçı Türkiyədə narkotikə görə saxlanıldı - VİDEO

27 May, 2023
22:50
5890

Azərbaycanlı ifaçı Türkiyədə narkotikə görə saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Reper Asya Əlizadə videolarında narkotik vasitələrin təbliğatını apardığı üçün Türkiyədə saxlanılıb.

Qonşu ölkənin Baş Prokurorluğu artıq müğənniyə qarşı istintaqa başlayıb.

Məlumata görə, yerli narkotiklərlə mübarizə idarəsinin əməkdaşları Əlizadənin işini təhlil edərək belə qənaətə gəliblər ki, o, videolarında qanunsuz narkotik istifadəsini təşviq edir. Yoxlamanın nəticələrinə görə, müğənni evində saxlanılıb.

Əlizadə saxlanıldıqdan sonra məhkəməyə göndərilsə də, ifadə verdikdən sonra sərbəst buraxılıb. İndi müğənni xarici vətəndaş kimi cinayətin iştirakçısı olması əsası ilə Türkiyədən deportasiya edilir.

Qeyd edək ki, Asya Əlizadə Azərbaycanda anadan olsa da, yeddi yaşında ailəsi ilə birlikdə Rusiyaya köçüb.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri