Sen
2023
14:56
53
21
3223
Virtual karabakh

“Formula-1” pilotu “Avroviziya 2024”də çıxış etməyə hazır olduğunu açıqlayıb - FOTO

6 Sen, 2023
14:56
3223

“Formula-1” pilotu “Avroviziya 2024”də çıxış etməyə hazır olduğunu açıqlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Skuderiya Ferrari” komandasının pilotu Şarl Lekler özünün “X” (keçmiş “Twitter”) hesabında Monakonun 2007-ci ildən bəri ilk dəfə “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcəyi xəbərinə münasibət bildirib.

Monako vətəndaşı olan 25 yaşlı pilot gələn il İsveçin ev sahibliyi edəcəyi müsabiqədə çıxış etməyə razı olduğunu bildirib.

Xatırladaq ki, İsveç müsabiqəyə ev sahibliyi etmək hüququnu “Tattoo” mahnısını ifa edən müğənni Lorenin qələbəsi sayəsində qazanıb. “Avroviziya 2023” müsabiqəsinə Liverpul ev sahibliyi edib.

Qeyd edək ki, 2022-ci ildə Lekler yalnız Avstriyanın “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappenə uduzaraq “Formula-1”in vitse-çempionu olub.

Mənbə: Qazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri