22 
Apr
2013
14:56
25
10
4518
Virtual karabakh

Lara Fabian Bakıya gəlir

Belçikalı müğənn tədbirin əsas günündə xüsusi konsert verəcək..

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün məşhur Belçikalı müğənni Lara Fabian Azərbaycana səfər edəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən APA-ya verilən məlumata görə, Lara Fabian tədbirin əsas günündə Qlobal Liderlər Şurasının təsis olunması ilə bağlı xüsusi konsert verəcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisləri, 50-dən çox sabiq ölkə və hökumət başçılarını bir yerə toplayacaq.

Forumun əsas tərəfdaşları, Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Foundation for Peace, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

www.apa.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri