19 
Noy
2023
18:50
110
167
2910
Virtual karabakh

Nigar Camal və Eldar Qasımovun iştirakı ilə Niderlandda “Eurovision” ulduzlarının konserti baş tutub - FOTO

19 Noy, 2023
18:50
2910

Nigar Camal və Eldar Qasımovun iştirakı ilə Niderlandda “Eurovision” ulduzlarının konserti baş tutub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın paytaxtı Amsterdam şəhərinin ən böyük “Ziggo Dome” arenasında beynəlxalq “Eurovision” mahnı müsabiqəsinin ulduzlarının iştirakı ilə möhtəşəm “Het Grote Songfestivalfeest” qala-konserti baş tutub.

Bu barədə Media.az xəbər verir.

15 min tamaşaçı qarşısında Azərbaycanı Ell & Nikki - Eldar Qasımov və Nigar Camal 2011-ci ilin mayında Düsseldorfda (Almaniya) “Eurovision” Mahnı Müsabiqəsində qalib gəldikləri “Running Scared” hitini ifa ediblər.

Mahnının müəllifləri Stefan Orn, Sandra Byurman, Ien Farharsandır. “Het Grote Songfestivalfeest” gecəsində 29 ölkədən nümayəndələr iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri