Dek
2015
22:16
67
459
46193
Virtual karabakh

“Günəşli” yatağında güclü yanğın - YENİLƏNİB + FOTO

4 Dek, 2015
22:16
46193

“Günəşli” yatağında güclü yanğın - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşçilərin təxliyyəsi başa çatıb.

“Günəşli” yatağındakı yanğın baş verən 10-cu dərin dəniz özülündə işçilərin təxliyyəsi başa çatıb.
 
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, artıq platformdakı bütün işçilər yanğın baş verən ərazidən çıxarılıb.
 
“İşçilər arasında ölən və xəsarət alan yoxdur”-deyə bildirilib.
 
Qeyd edək ki, yanğın baş verən zaman platformada 42 nəfər olub.
 
Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

21:37

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman platformada 42 nəfər olub.
 
SOCAR-dan Oxu.Az-a bildirilib ki, bütün əməkdaşlar sağ-salamatdır: "Bütün əməkdaşlarımızın təxliyə olunması istiqamətində müvafiq tədbirlər görülür. Onların hamısı təhlükəsiz ərazidədir.  Xilasedici gəmilər hadisə yerinə yaxınlaşıb. Güclü külək nəticəsində yaranan dalğalar xilasetmə əməliyyatını çətinləşdirir. Belə ki, dalğanın hündürlüyü 8-10 metrə çatır. Hadisə nəticəsində xəsarət alan və ölən yoxdur".
 
Hadisə ilə bağlı SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.
 
Həmçinin “Azneft” İstehsalat Birliyində operativ qərargah yaradılıb. Qərargah platformada qalanların yaxınlarına mütəmadi olaraq məlumat verir.

21:03

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib.

Oxu.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

İlk növbədə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.

Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005

20:05

Bir neçə saat öncə “Günəşli” neft yatağında qaz sızması nəticəsində güclü yanğın başlayıb.

Oxu.Az Virtualaz.orq-a istinadən xəbər verir ki, yanğın yatağın 10-cu platformasında başlayıb.

SOCAR-dakı mənbələrdən verilən məlumata görə, yanğın çox güclü olduğu üçün platforma ilə əlaqə tam kəsilib. Xilasetmə gəmisi platformaya yan ala bilmir. Platformada çalışan neftçilərin taleyindən heç bir xəbər yoxdur.

Yanğınla əlaqədar SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanovun sədrliyi ilə komissiya yaradılıb.

Son məlumata görə, platformada 84 neftçi var. Güclü külək xilasetmə işlərini çətinləşdirir.

Ölənlər və xəsarət alanlar barədə hələ məlumat verilmir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri