24 
Dek
2015
13:01
86
18
2779
Virtual karabakh

“ASAN radio” 100 FM test yayıma başladı

24 Dek, 2015
13:01
2779

“ASAN radio” 100 FM test yayıma başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ASAN xidmət” məlumat yaydı.

Bu gündən “ASAN radio” 100 MHz tezliyində test yayıma başlayıb. Radio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

Bu barədə “ASAN xidmət”dən Oxu.Az-a bildirilib. 

“Radionun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işini həyata keçirməkdir. Eyni zamanda dövlət strukturlarına etimadın gücləndirilməsi əsas məqsədlər sırasındadır. 

İlkin yayım zamanı radionun əsas fəaliyyət istiqamətlərinə dair dinləyicilərə qısa anonslar vasitəsilə məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir. Ən qısa zamanda “ASAN radio” ümumrespublika yayımını gerçəkləşdirəcək”, - deyə məlumatda deyilib. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri