Yan
2014
19:30
79
13
7268
Virtual karabakh

Qarabağ veteranı: Şəhid olmaq istəyənlər Mübariz İbrahimov kimi edə bilərdilər, Suriyaya getməzdilər

8 Yan, 2014
19:30
7268

Qarabağ veteranı: Şəhid olmaq istəyənlər Mübariz İbrahimov kimi edə bilərdilər, Suriyaya getməzdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlahiyyatçı isə bunu dinlə əlaqələndirir.

Suriyada hökumət qüvvələrinə qarşı döyüşən Azərbaycan vətəndaşlarının öldürülməsi ilə bağlı mütəmadi xəbərlər artır. 

Oxu.Az xəbər verir ki, ilahiyyatçı Elşad Miri Modern.az saytına açıqlamasında bildirib ki, Suriyaya gedən azərbaycanlılar hər hansı şəxsi maraq güdmürlər. 

Onun sözlərinə görə, bəzi insanların Suriyada baş verənlərin cihad olduğu fikrinə düşməsi yanlışdır.

“Bəziləri yüksək məqam olan şəhidlik dərəcəsinə yüksəlmək üçün Suriyada döyüşür. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bir qisim şəxs iddia edir ki, Suriyada gedən proseslər siyasi oyunlardır. Bəzən müxalifətdəki qüvvələrin bir hissəsi də qeyd edir ki, onlara xaricdən gələn döyüşçülər lazım deyil. Suriyaya getməyin qarşısını almaq üçün düzgün maarifləndirmə işləri aparılmalıdır”.

E.Mirinin fikrincə, azərbaycanlıların həyatlarını riskə qoyaraq Suriyaya getmələrində hər hansı bir siyasi maraq ola bilməz.

“Bu sadəcə dindən, imandan gələn bir məsələdir. Ola bilsin ki, həmin insanlar bu məsələni yanlış anlayır”.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, ehtiyatda olan zabit Füzuli Rzaquliyev də Suriyada döyüşən azərbaycanlıları qınayıb:

“Bizim torpaqlarımız işğaldadır. Şəhid olmaq istəyənlər rəhmətlik Mübariz İbrahimov kimi hərəkət edə bilərlər. Biz Suriyada döyüşən azərbaycanlıları bəyənmirik”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri