11 
Yan
2014
00:10
32
54
10273
Virtual karabakh

Bakıda intihara cəhd edən şəxs xilas edilib - Yenilənib + Foto + Video

11 Yan, 2014
00:10
10273

Bakıda intihara cəhd edən şəxs xilas edilib - Yenilənib + Foto + Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həkim-psixoloqları həmin şəxslə söhbət apararaq onu bu hərəkətindən döndərməyə nail olublar.

Fövqəladə Hallar Nazirliyi (FHN) yanvarın 10-da Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonunda 1 nəfər intihar etmək məqsədilə tikilməkdə olan 16 mərtəbəli binanın damına çıxıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıb. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib. 

22:20

Bakının Xətai rayonunda, Xocalı prospektində inşa edilməkdə olan 16 mərtəbəli binadan özünü atmaq istəyən şəxs xilas edilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki,  FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları intihar etmək istəyən paytaxt sakini 36 yaşlı İbrahimli Röyal Hümbət oğlunu xilas edilib.

XRXX-nin həkim-psixoloqları həmin şəxslə söhbət apararaq onu bu hərəkətindən döndərməyə nail olublar. Uğurlu keçən əməliyyatın sonunda İbrahimli Röyal Hümbət oğlu hüquq-mühafizə orqanlarına təhvil verilib.

Onun nişanlı olduğu və özünü atmaq istəməsinin də məhz ailə münaqişəsi zəmnində baş verən hadisədən qaynaqlandığı deyilir.

21:15

Bakının Xətai rayonunda bir nəfər intihara cəhd edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 36 yaşlı Röyal adlı şəxs  Xocalı prospektində tikilməkdə olan 16 mərtəbəli binanın damınadan özünü atacağını bildirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polis hadisə yerindədirlər.

Özünü binadan atmaq istəyən şəxslə danışıqlar aparır, intihara cəhdin səbəbləri araşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri