Fev
2014
15:25
16
46
5621
Virtual karabakh

Oğlu Suriyaya gedən azərbaycanlı ata: Türklər günahkardırlar

6 Fev, 2014
15:25
5621

Oğlu Suriyaya gedən azərbaycanlı ata: Türklər günahkardırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətəndaşlarımızın Suriyaya necə gedib çıxması ciddi şəkildə araşdırılır”.

Oğlunu Suriya müharibəsinin cəngindən çıxarmağa çalışan ata Hikmət Quliyev iddia edir ki, əgər Türkiyə hökuməti sərhədlərini qorumuş olsaydı azərbaycanlılar da bu sərhədi asanlıqla aşa bilməzdilər.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu faktları sadalayan valideyn isə tək Hikmət Quliyev deyil, jurnalist Qənirə Ataşova da bu sərhədi maneəsiz keçib.

Suriyaya gedən jurnalist Qənirə Ataşova:

“Biz sərhədi keçəndə orada yalnız türk sərhədçiləri ilə rastlaşdıq. Pasportumuza baxdılar və sərhədi rahatlıqla keçməyimizə şərait yaratdılar. Amma dedilər ki, siz tutulsanız biz sizi görməmişik. Amma hansısa sənədimizin qeydiyyatı aparılsın filan bu, baş vermədi”.

Türkiyə sərhədinin mühafizə olunmadığını bu şəkillər də sübut edir. Faktlar isə onu göstərir ki, Türkiyə hökuməti sərhəd siyasətində, Suriya müxalifətinin xeyrinə addım atır. Hər şeyə rəğmən Azərbaycanın bu məsələdə Türkiyədən gözləntiləri var.

Siyasi ekspert Rövşən İbrahimov:

“Biz yeganə dövlət olaraq onlara müraciət edə bilərik ki, Suriya istiqamətində gedən azərbaycanlıların hərəkətinə nəzarət edib, onların sərhəddən keçməsini bir qədər məhdudlaşdırsın. Bu da əlbəttə ki, hər hansı müraciətlə. Fəqət dediyim kimi sərhəddə vəziyyət ortadan qalxmışsa buna nəzarət bir qədər çətinlik yaradacaq. Amma yenə də Türkiyə dövləti öz növbəsində hər hansı addımlar ata bilər”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “İrəli” İctimai Birliyinin təşkil etdiyi “Gənc Liderlər üçün Qış Universiteti”ndə gənclərlə görüşü zamanı bildirib ki, Suriyada döyüşlərdə iştirak etdiyi bildirilən azərbaycanlılarla bağlı məsələ cəmiyyətin diqqət mərkəzindədir və əgər onların Azərbaycan vətəndaşlığı təsdiqlənərsə, onlara qarşı qanun çərçivəsində addımlar atılacaq:

“Hazırda orada olan Azərbaycan vətəndaşlarının Suriyaya necə gedib çıxması, ora kimlər tərəfindən cəlb olunması və sair məsələlər ciddi şəkildə araşdırılır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri