20 
Sen
2016
16:00
227
26
3518
Virtual karabakh

Bakıda velosiped dayanacaqları quraşdırılır

20 Sen, 2016
16:00
3518

Bakıda velosiped dayanacaqları quraşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələcəkdə paytaxda 100-dək velosiped dayanacağının quraşdırılması nəzərdə tutulub.

Bakıda velosipedlər üçün dayanacaqlar quraşdırılır. Bir il əvvəl icrasına başlanan layihə çərçivəsində artıq paytaxtda 10-dan çox ünvanda belə parkinq yerləri quraşdırılıb.

Oxu.Az Virtualaz saytına istinadən xəbər verir ki, bu barədə Velosiped İdmanı Federasiyasının (AzVİF) PR meneceri Faiq Qurbanov məlumat verib.

“Bir il əvvəl IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə birlikdə federasiya tərəfindən velosipedlər üçün dayanacaqların quraşdırılmasına başlanılıb. Bulvar ərazisində 3-4 yerdə, “Park Bulvar” ərazisində, Qız Qalasının qarşısında, ümumilikdə, təxminən 10 yerdə belə dayanacaqlar var. Şəhərdə velosiped sürənlərin sayı artdıqca, bu dayanacaqların da sayı artırılacaq. Bu yaxınlarda “Metropark”ın qarşısında velosiped dayanacağının quraşdırılması nəzərdə tutulub”, - deyə F.Qurbanov bildirib.

Yalnız “Velopark” ərazisində və “Velotrek”də velosipedlərdən istifadənin ödənişli olduğunu deyən federasiya rəsmisinin sözlərinə görə, velosiped dayanacaqları pulsuzdur və hər kəs bu nəqliyyat vasitəsini pulsuz park edə bilər.

Qeyd edək ki, Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədilə “IDEA velosiped dayanacağı” (IDEA Bycile Stand) layihəsi kəyata keçirilir. Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və “GreenCar” elektrik nəqliyyat vasitələrinin satış mərkəzi ilə birlikdə həyata keçirilən bu layihə üzrə ilk belə dayanacaq mayın 26-da “Port Baku” kompleksində yerləşən “The Club” idman mərkəzinin qarşısında quraşdırılıb.

Gələcəkdə paytaxda 100-dək “IDEA velosiped dayanacağı”nın quraşdırılması nəzərdə tutulub.

Dayanacaqların quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etmək məqsədi daşıyır. Belə ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali arasında bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul yaradacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri