11 
Okt
2016
17:22
366
50
27936
Virtual karabakh

“Planet Parni iz Baku”: Soso Pavliaşvili Azərbaycan xalqından üzr istəməlidir!

11 Okt, 2016
17:22
27936

“Planet Parni iz Baku”: Soso Pavliaşvili Azərbaycan xalqından üzr istəməlidir!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Adı Azərbaycanın “qara siyahı”sından çıxarılmış Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvilinin bu ilin dekabrında Bakıda konsert verəcəyi xəbəri mediada böyük səs-küy doğurub.

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru, Əməkdar artist Tahir İmanov məsələyə biganə qalmayaraq rəhbəri olduğu teatrın yaradıcı heyəti adından Oxu.Az-a müsahibə verib.

Tahir İmanov Pavliaşvilinin Azərbaycan xalqından üzr istəməyincə, ölkəmizdə konsert verə biləcəyini kəskin şəkildə qınayıb:

“Hər bir azərbaycanlı kimi dövlət orqanlarının qərarı bizim üçün qanundur. Bu, müzakirəedilməzdir. Bildiyimiz kimi, son zamanlar işğal olunmuş torpaqlarımızda bir çox incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər, sonradan buna görə üzr istəyiblər və onların ölkəmizə girişi bərpa olunub.

Soso Pavliaşvili isə Azərbaycan xalqından üzr istəməyib. Əksinə, Rusiya KİV-nə “Yaradıcı insanlar heç bir siyasi marazmalarla, anlaşılmaz qadağalarla, heç kimə lazım olmayan ideologiyalarla məhdudlaşdırılmamalıdırlar” deyə müsahibə verib.

Soso Pavliaşvili bu cür açıqlama verməklə kimi təhqir edir? O, qondarma “Dağlıq Qarabağ respublikası”nda çıxış edib. Xalqımızdan üzr istəmədən Azərbaycana necə gələ bilər?

Onun konsertinə getmək istəyənlərə müraciət edirəm: əgər qanınızda müsəlman qanı varsa, o konsertə getməyə necə hazırlaşa bilirsiniz?

Hələ Anar Məmmədxanovun sağlığında Soso Pavliaşvili “O gün olsun ki, qələbə çalaq, Dağlıq Qarabağda bir səhər yeməyi yeyək” deyə sağlıq da demişdi. Sonra isə gedib orada konsert verdi. Bu, marazm deyilmi?

O, müsahibəsində “Mənə Bakıdan zəng edir, şərəfimə sağlıq deyir, oraya dəvət edirlər” deyir. Deməli, zəng edənlər potensial xəyanətkarlardır. Təəssüf ki, aramızda hələ də belə insanlar var.

Bu məsələ bizi çox narahat edir. Mən millət vəkillərinə, incəsənət xadimlərinə, Qarabağdan olan sənətkarlara, sosial şəbəkə istifadəçilərinə müraciət edirəm: sözügedən mövzu ilə bağlı fikir bildirsinlər.

Bizi televiziyaya çıxmağa qadağa qoyan məmurlar, qondarma “Dağlıq Qarabağ respublikası”nda konsert verən müğənniyə niyə qadağa qoymursunuz?

Soso Pavliaşvili kişi olsa idi, 2008-ci ildə Gürcüstan torpaqlarının işğal ilə bağlı fikir bildirərdi. Necə ki, Vaxtanq Kikabidze buna görə hər şeydən imtina etmişdi”.

Xatırladaq ki, Pavliaşvili 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və turizm nazirinin sərəncamı ilə Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.

Qeyd edək ki, Soso Pavliaşvili qondarma “erməni soyqırımı” ilə bağlı da dəfələrlə çıxış edərək “soyqırımın” bir daha təkrar olunmaması üçün bu haqda susmamaq, hamı tərəfindən tanınana qədər danışmaq (qışqırmaq) lazım olduğunu vurğulamışdı.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri