Yan
2017
12:54
15
131
8163
Virtual karabakh

Nazirlik sinif rəhbəri vəzifəsinin ləğvi ilə bağlı yayılan məlumata aydınlıq gətirdi

7 Yan, 2017
12:54
8163

Nazirlik sinif rəhbəri vəzifəsinin ləğvi ilə bağlı yayılan məlumata aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər həqiqətəuyğun deyil:

“Ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumat həqiqətəuyğun deyil. Ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.

Bununla belə, I-IX siniflərdə tədris olunan “Həyat bilgisi” fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi II yarımildən dayandırılıb”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri