Yan
2017
21:34
11
194
2269
Virtual karabakh

Gəncədə 3 tələbə dəm qazından zəhərlənib

8 Yan, 2017
21:34
2269

Gəncədə 3 tələbə dəm qazından zəhərlənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə dəm qazından zəhərlənmə olub.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.

Həmin prospektdə kirayədə yaşayan, Gəncə Dövlət Universitetinin üç tələbəsi - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Yasin Rasim oğlu Səfərəliyev, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Cavidan Ramazan oğlu İsaqlı və həmyerlisi və həmyaşıdı Elməddin Bədrəddin oğlu Kamallı dəm qazından zəhərlənərək  xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, tələbələr yaşadıqları evin vanna otağında olarkən dəm qazından zəhərləniblər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri