Yan
2017
20:28
257
74
37410
Virtual karabakh

Azərbaycanda iki gəncin məhəbbəti onları dərdə saldı – VİDEO

Beş ilə yaxındır bir-birlərini sevdiklərini deyən 23 yaşlı oğlan və qız qoşulub qaçıblar. Gənc qız atasının onu məcburən digər oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir. 

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Məmmədovlar ailəsində narazılıq oğlanın valideynləri ilə ilkin razılıqdan sonra başlayıb. 

Atası oğlan evinə “hə” dedikdən sonra Günay Məmmədova Elnur Əhmədova qoşulub qaçsa da xoşbəxt ola bilmirlər. Gənclər bildirir ki, qızın əmisi və dayısı onlara təzyiq göstərir, hədə-qorxu gəlir və evə qayıtmasını tələb edirlər. Üstəlik oğlanın valideynlərini də incidirlər.

Olduqları yerləri valideynlərinə də bildirməyən cütlük internetə yerləşdirdikləri video-müraciətdə belə deyiblər. 

Elnurun qardaşı Rahib Əhmədov qızın ailəsinin onlara hədə-qorxu gəldiyini bildirib.

Günayın atası Şahin Məmmədov isə  qızının öz istəyi ilə qaçmasına inanmır və buna görə də polisə şikayət edib. Onun sözlərinə görə, əgər qızı qohumları ilə görüşüb öz razılığı ilə qaçdığını etiraf etsə, məsələ ilə bağlı şikayəti geri götürəcək. Hazırda isə onlar qızın zorla qaçırıldığını hesab edirlər.

Hazırda faktla bağlı Ağcabədi rayonunda əməliyyat axtarış tədbirləri həyata keçirilir. 

S.B.
www.oxu.az

Digər Cəmiyyət xəbərləri