10 
Yan
2017
15:30
18
133
1284
yuxarı
Avropa Şurasının nümayəndələri Azərbaycana gəlir
10 Yan, 2017
15:30
1284
18
133
Avropa Şurasının nümayəndələri Azərbaycana gəlir
AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-dən 14-nə kimi Azərbaycana faktaraşdırıcı səfər edəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə AŞPA-nın mətbuat xidmətindən APA-ya məlumat verilib.
Məlumata əsasən, səfər zamanı onlar Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının rəhbəri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.
Onların vətəndaş cəmiyyətinin təmsilçiləri, parlamentdə təmsil olunmayan siyasi partiyaların üzvləri ilə görüşləri də nəzərdə tutulur.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək