12 
Yan
2017
13:39
84
32
8741
Virtual karabakh

Soyuqdəymə zamanı bu içkilərdən uzaq durun!

12 Yan, 2017
13:39
8741

Soyuqdəymə zamanı bu içkilərdən uzaq durun!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Soyuqdəymə və qrip zamanı mayenin düzgün qəbulu sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir. Amma iştah olmadıqda zorla qida qəbul etmək tövsiyə olunmur.

Oxu.Az saglamolun.az-a istinadən xəbər verir ki, bu zəifləmiş orqanizmi artıq yükləyir, xəstəliklə mübarizə aparmağa mane olur

Mayenin qəbulu nə üçün bu qədər önəmlidir?

Bədənin hərarəti qalxdıqda orqanizm hərarəti salmaq üçün qoruyucu mexanizm olan tərləməni işə salır. Güclü tərləmə nəticəsində orqanizmdə susuzlaşma inkişaf edir. Susuzlaşma insanın bütün orqan və sistemləri üçün çox ziyanlıdır. Bu səbəbdən xəstə daim maye itkisini bərpa etməlidir. Digər tərəfdən, maye xəstəlik zamanı orqanizmdə əmələ gələn toksinlərin çıxmasını sürətləndirir ki, nəticədə xəstənin vəziyyəti yüngülləşir və xəstəlik daha tez keçir. Xəstəlik zamanı burun, boğaz, nəfəs yollarının selikli qişalarının daim nəm olması çox vacibdir. Selikli qişalar immun sisteminin “ön cəbhəsidir”. Selikli qişalara düşən virus və mikroblar burada məhv olur. Susuzlaşma zamanı selikli qişalar normal fəaliyyət göstərə bilmir və bu da sağalmanı ləngidir.

Maye ilıq (nə soyuq, nə də isti) və bir qədər turş olmalıdır. Şirin içkilər (şirələr və s.) qəbul etmək tövsiyə edilmir. Sübut olunub ki, şəkər immun sistemini zəiflədir. Bu isə xəstəlik zamanı xüsusilə ziyanlıdır.

Çay, qəhvə, bir çox ot çayları və spirtli içkilərin qəbulu da yolverilməzdir. Onlar sidikqovucu təsirə malikdir və susuzlaşmanı daha da artırır. Beləliklə, soyuqdəymə və qrip zamanı bunları içə bilərsiniz: limon və ya portağal suyu əlavə olunmuş adi su, mineral sular (müalicəvi sular istisna olmaqla), itburnu dəmləməsi, balla zəncəfil çayı, zoğal və ya moruq mürəbbəsi əlavə olunmuş ilıq su.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri