17 
Fev
2017
15:58
24
223
8849
Virtual karabakh

Azərbaycanda qar uçqunu oldu – YENİLƏNİB

17 Fev, 2017
15:58
8849

Azərbaycanda qar uçqunu oldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub.

Oxu.Az xəbər verir ki, bunu “Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib.

“Qar uçqunu baş vermiş əraziyə texnikalar cəlb olunaraq uçqunun fəsadları aradan qaldırılıb”, - deyə A.Nəcəfli qeyd edib.

13:51

Bu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.

Oxu.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, uçqun magistralın 37-ci kilometrliyində baş verib.

Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib. 

“Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri