17 
Fev
2017
15:53
258
87
36531
Virtual karabakh

Bakıda “28 Mall” niyə bağlıdır? – FOTO + YENİLƏNİB

17 Fev, 2017
15:53
36531

Bakıda “28 Mall” niyə bağlıdır? – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarından etibarən “28 mall” ticarət mərkəzinin işıqları yanmır.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə ticarət mərkəzinin bağlı qapıları arxasında qalan müştəriləri məlumat yayıblar. Onlar qeyd ediblər ki, “28 Mall”a daxil ola bilmirlər.

Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qeyd edib ki, problemdən xəbərdardır: 

“İşığın olmamasının bizimlə əlaqəsi yoxdur. Ticarət mərkəzinin öz daxili işıq xətlərində qəza baş verib. Ona görə də “28 mall” rəhbərliyi problemin aradan qaldırılması üçün bizə müraciət edib. Hazırda əməkdaşlarımız ordadır və qəzanın aradan qaldırılması üçün çalışırlar”.

15:26

Azərbaycan Fövqəladə Hallar Nazirliyi sosial şəbəkələrdə və bir sıra KİV-də “28 Mall” ticarət mərkəzində baş verən hadisəyə dair məlumatı şərh edib. Ticarət mərkəzində döşəmə çöküb və böyük bir çala əmələ gəlib. Baş verən hadisənin nəticələrini FHN əməkdaşlarının aradan qaldırdıqlarına dair məlumat yayılıb.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bu məlumatın əsassız olduğunu bəyan edib. 

 “FHN-ə “28 Mall”da baş verən hadisəyə dair məlumat daxil olmayıb, müvafiq olaraq nazirliyin əməkdaşları ticarət mərkəzinə yola düşməyiblər”, - O.Bayramov vurğulayıb. 

15:11

Bu gün səhər saatlarında “28 Mall” ticarət mərkəzi bağlanıb. Yüzlərlə alıcının ticarət mərkəzinə keçmək istəsə də, bu, mümkün olmayıb.

Oxu.Az bu barədə haqqin.az-a istinadən xəbər verir. 

Ticarət mərkəzinin bağlanmasına səbəb saat 10:00-dan elektrik enerjisinin verilməsinin dayandırılması olub. Ticarət mərkəzinin öz işini nə zaman bərpa edəcəyi, həmçinin elektrik enerjisinin niyə kəsildiyinin səbəbi məlum deyil.

N.O. 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri