24 
Fev
2017
12:26
292
280
9945
Virtual karabakh

Mehman Hüseynovla bağlı iddia icraata götürülüb

24 Fev, 2017
12:26
9945

Mehman Hüseynovla bağlı iddia icraata götürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub. 

Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da, təmin edilməyib. 

Növbəti proses 27 fevral saat 09:30-da keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl M.Hüseynov saxlanılıb. O, Nəsimi Rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra M.Musayev onu məhkəməyə verib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri