15 
Mar
2017
13:58
34
611
46006
Virtual karabakh

Azərbaycanda 5 qızın meyiti tapıldı – YENİLƏNİB + FOTO

15 Mar, 2017
13:58
46006

Azərbaycanda 5 qızın meyiti tapıldı – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb.

Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölənlərdən ikisi Bakı Humanitar Kollecinin tələbəsidir.

Mələk Abbasova Turanə Xalıyeva adlı qızlar 2-ci kursda təhsil alırmışlar. Mələyin 17 yaşı olub. Digər ölənlərin isə tələbələrin qohumları olduğu deyilir. 

12:54

Bu gün Xırdalan şəhərində dəhşətli hadisə baş verib. 

Oxu.Az xəbər verir ki, Abşeron rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb.

Onların hamısı tələbədir.

Abşeron Rayon Polis İdarəsinin rəisi və prokuror da daxil olmaqla hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri