16 
Mar
2017
14:53
36
468
50726
Virtual karabakh

Mövlud Mövlud necə intihar edib? – TƏFƏRRÜAT + YENİLƏNİB + FOTO

16 Mar, 2017
14:53
50726

Mövlud Mövlud necə intihar edib? – TƏFƏRRÜAT + YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saytları açan hər kəs Mövludun intihar xəbəri ilə sarsıldı. 28 yaşını hələ tamam etməmiş bu yazarın həyatına son qoyması insanları kədərə boğdu. Bəs Mövlud Mövlud (Abdullayev) niyə intihar edib?

Oxu.Az xəbər verir ki, dostları Lent.az-ın əməkdaşı ilə söhbətində Mövludun son vaxtlar depressiyada olduğunu deyiblər. 

Onlar son günlərdə Mövludla görüşmək üçün can atsalar da, gənc yazar hər dəfə görüşməkdən imtina edirmiş. Həyat yoldaşı ilə münasibətinin pozulması, Binəqədi rayonundakı bina yanğınında aldığı ağır psixoloji travma onu depressiyaya salıbmış. Bu azmış kimi, yanğında zərərçəkmiş kimi Mövludun və ailəsinin almalı olduğu maddi kompensasiyanın bəzi şəxslər tərəfindən ələ keçirilməsi onda ciddi gərginlik yaradıbmış.

İş yoldaşları bildiriblər ki, Mövlud Mövlud dünən də həmişəki kimi ofisdə deyib-gülüb, dostları ilə zarafatlaşıb. Axşam isə kirayə yaşadığı evə gəlib. Gecə saat 01:30 radələrində isə evin yaxınlığında, iş yerinin yerləşdiyi çoxmərtəbəli binaya daxil olan Mövlud sonuncu - 17-ci mərtəbəyə qalxıb və gödəkçəsini çıxararaq özünü oradan atıb.

Qeyd edək ki, Mövlud Mövlud teleqraf.com saytının əməkdaşı olub. Mühafizəçilər onun nəşi aparıldıqdan sonra cibindən düşmüş 55 qəpiyi, alışqanı və açarı götürüb, gözətçi budkasına təhvil veriblər.

Maraqlıdır ki, Mövludun kirayə yaşadığı mənzilin qapısına kağızdan hazırlanmış ürək fiquru yapışdırılmışdı.

11:08

“Mən Mövludun intiharının şahidi olmuşam”.

Oxu.Az xəbər verir ki, bu sözləri Kulis.Az-a hadisənin şahidi deyib.

Onun sözlərinə görə, gecə blokda siqaret çəkirmiş: 

“Birdən tappıltı səsi eşitdim. Qarovulçu sürətlə səs gələn tərəfə qaçıb. Mən də heyrətləndim ki, axı nəyə görə qarovulçu belə təlaşla qaçdı. Mən də qarovulçunun dalınca getdim. Gördüm, yerdə gənc bir oğlan var. Ayağında da ayaqqabısı. Ağzından qan axırdı. Onu heç kim tanımadı. Bizim binada yaşamırdı. Görünür, intihar etmək üçün bura gəlibmiş. Səhər xəbərlərdə onun Mövlud Abdullayev olduğunu gördüm.

10:34

Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. 

Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.

M.Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur. 

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, intihar edən şəxs gənc yazar Mövlud Mövluddur. O, jurnalist Sevinc Fədai ilə evli idi, onlar ailədaxili problemlərə görə boşanma ərəfəsində olublar. Cütlük uzun müddət imiş ki, birlikdə yaşamırmış.

09:53

Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Binəqədi Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 02:00 radələrində rayonun 7-ci mikrorayonu, Axundov küçəsində baş verib. 

1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu həmin küçədə yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunun 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri