17 
Mar
2017
16:36
92
184
1836
Virtual karabakh

Bakı metrosunda konsert olacaq

“Bakı Metropoliteni” QSC Novruz bayramı münasibətilə növbəti sosial layihəni gerçəkləşdirəcək.

Metropolitenin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

Konsert proqramının afişasını təqdim edirik:

- “İçərişəhər” stansiyası – saat 12:15 - 13:45;

- “28 May” stansiyası – saat 13:15 - 14:45;

- “Elmlər Akademiyası” stansiyası – saat 14:15 - 15:45;

- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:15 - 16:45.

A.S.

www.oxu.az

Digər Cəmiyyət xəbərləri