18 
Mar
2017
15:48
317
154
5274
Virtual karabakh

Axund: Novruz bayramının qeyd olunması İslam dininə zidd deyil

18 Mar, 2017
15:48
5274

Axund: Novruz bayramının qeyd olunması İslam dininə zidd deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramının qeyd olunması İslam dininə zidd deyil və dindarlar da xalqımızın milli bayramından kənarda qalmır.

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Heydər” məscidinin axundu Rüfət Qarayev deyib.

Onun sözlərinə görə, İslam dinində Qurban, Ramazan və bir də cümə günləri müsəlmanların bayramı kimi qeyd olunsa da, dinimiz hər bir millətin özünəməxsus adət-ənənələrinə, milli dəyərlərinə hörmətlə yanaşır: 

“Novruz bir sıra radikal qüvvələr tərəfindən bayram kimi qeyd olunmur. Amma xalqımızın milli bayramı dindarlar tərəfindən də qeyd olunur.

Novruz Azərbaycan xalqının əsrlərdən bəri gələn milli bayramıdır. Eyni zamanda, Novruz adətləri özündə bir sıra mənəvi dəyərləri əks etdirir. Bunlar böyüklərə ehtiram göstərmək, uşaqları sevindirmək, qohumları ziyarət etmək, hədiyyələşmək və s. kimi bir çox amillərdir. Bu baxımdan Novruzu müsəlmanlar da qeyd edir”.

R.Qarayev qeyd edib ki, İslam sadəcə Novruz bayramında yol verilən bəzi xurafat xarakterli əməllərin əleyhinədir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri