18 
Mar
2017
16:35
118
60
4083
Virtual karabakh

Elektron sınaq imtahanları keçiriləcək

18 Mar, 2017
16:35
4083

Elektron sınaq imtahanları keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün elektron sınaq imtahanları keçiriləcək. 

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirəcək.

Elektron sınaq imtahanınlarında  iştirak üçün abituriyentlərin qeydiyyat müddəti, imtahanda iştirak etmək qaydaları haqqında növbəti həftənin əvvəlində məlumat veriləcək. Elektron sınaq imtahanlarının martın sonu, aprelin ilk günlərində keçirilməsi planlaşdırılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri