19 
Mar
2017
10:13
595
56
7945
Virtual karabakh

Goranboy sakini evinin dam örtüyünü bayrağa bürüyüb – FOTO

19 Mar, 2017
10:13
7945

Goranboy sakini evinin dam örtüyünü bayrağa bürüyüb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayon sakini evinin dam örtüyünü bayrağa bürüyüb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, Şadlı kənd sakini, 47 yaşlı İlham Hüseynov övladının istəyi ilə yaşadığı evin dam örtüyünü yeniləyən zaman orada üçrəngli Azərbaycan bayrağı və ay-ulduzu əks etdirib.

Dəmirdən olan örtüyü ev sahibin qardaşı inşa edib. Beləliklə, əmisi 15 gün müddətində İlyas Hüseynovun arzusunu reallaşdırıb. Şadlı sakini kəndə ilk dəfə gələnlərin dam örtüyünün necə hazırlanması, çəkilən xərclə maraqlandığını deyir.

Bayraq formasında dam örtüyünü hazırlamaq üçün lazım olan materiallar Gəncə şəhərindən sifariş edilib. Ev sahibi övladının arzusunun reallaşması üçün isə 2500 manat xərc çəkib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri