27 
Mar
2014
10:00
12
47
12011
Virtual karabakh

Öldürülən Azərbaycan çempionunun həyat hekayəsi – VİDEO

27 Mar, 2014
10:00
12011

Öldürülən Azərbaycan çempionunun həyat hekayəsi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əliyev Suriyada Naxçıvandan döyüşə qatılan azərbaycanlı ilə ailə qurubmuş.

Daha bir azərbaycanlının ölüm xəbəri Suriyada gedən döyüşlərdən gəldi. Sumqayıt şəhərindən olan Ceyhun Əliyev Bəşər Əsədə qarşı vuruşan, özünü İraq Şam dövləti adlandıran silahlı birləşmənin üzvü imiş.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, bu gənc oğlan həm də Azərbaycan çempionudur.

Atasının gözünün işığını söndürən Suriyada öldürülən 2 azərbaycanlıdan biri 22 yaşlı güləş üzrə Azərbaycan çempionu olub. Sumqayıt şəhəri 41-ci məhəllədə məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan əslən Qubadlı rayonundan olan 22 yaşlı Ceyhun Əliyev 2 il öncə Suriyaya gedib.

Atası deyir ki, övladı ibadətə başlayandan az sonra onlara məlum olub ki, vəhhabi təriqətinə qoşulub. Ailə övladlarında sonradan radikallığı hiss etsələr də onu bu yoldan döndərə bilməyiblər.

Anası Akimə:

“Orucluq bayramı idi, mənə dedi ki, gedirəm məscidə namaz qılmağa. Mən də dedim toyuq alarsan. Sonra gəlmədi, telefonuna zəng çatmadı”.

Bayram namazı adı ilə evdən çıxan Ceyhunun xəbərini ailəsi iki gün sonra İstanbuldan alır. Ceyhun onlara zəng vuraraq Türkiyəyə işləməyə gəldiyini deyir. Az sonra isə sorağı Suriyadan gəlir. Hətta atası Süleyman onun dalınca Suriyaya da gedir və onu Raqqa şəhərində tapır:

“Mən getdim, yalvardım, yaxardım. Amma gəlmədi. Dedi mən Allahın buyurduğu ilə hərəkət edirəm. Mən orda olanda döyüş görmədim. Orda bir boş evdə yaşayırdılar”.

Suriyada öldürülən digər azərbaycanlı isə Ceyhunun bacısının yoldaşı Sumqayıt sakini 23 yaşli Ağakişiyev Aydın Raqif oğludur. Ceyhunun ailəsinin itkisi bununla bitmir. Çünki, ailənin qızı da, əri Suriyada ölən 21 yaşlı Türkan iki uşağı ilə hazırda döyüşlərin getdiyi ərazidədir.

Qəribəsi odur ki, Ceyhun Suriyada Naxçıvandan döyüşə qatılan azərbaycanlı ilə ailə qurubmuş. Onun həyat yoldaşı da orda qalıb. Ailə indi Suriyada qalan 4 nəfərinin geri qaytarılması üçün hər kəsdən kömək istəyir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri