20 
Apr
2017
21:28
22
270
10115
Virtual karabakh

Baş həkim: Metroda relsin üzərinə yıxılan şəxs narkoman olub

20 Apr, 2017
21:28
10115

Baş həkim: Metroda relsin üzərinə yıxılan şəxs narkoman olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 19-da axşam saatlarında metronun “Nizami” stansiyasında özünü qatar relsinin üzərinə atan Fərid İmanov narkomaniyadan əziyyət çəkir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Trend-ə açıqlamasında F.İmanovun yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov bildirib. Baş həkim bildirib ki, xəstə hazırda komadan ayılıb: 

“Xəstə komada deyil. Onun açıq kəllə-beyin travması var. Amma hazırda onu süni yolla yatızdırırlar ki, oyanıb özünə xəsarət yetirməsin. Hazırda xəstənin müalicəsi davam etdirilir”.

Xatırladaq ki, aprelin 19-da axşam saat 22:44 radələrində metronun “Nizami” stansiyasında, 1985-ci il təvəllüdlü Fərid İmanov özünü qatar relslərinin üzərinə atıb. F.İmanov metro nəzarətçilərinin köməyi ilə relslərin üzərindən götürülərək təcili xəstəxanaya çatdırılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri