20 
Apr
2017
23:31
44
290
22023
Virtual karabakh

Azərbaycanda şok qiymətə eşşək pendiri satılır

20 Apr, 2017
23:31
22023

Azərbaycanda şok qiymətə eşşək pendiri satılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çox ölkələrdə, o cümlədən Türkiyədə eşşək südü inək və ya keçi südündən dəfələrlə baha qiymətə, litri təqribən 50-60 manata satılır. Mütəxəssislər də təsdiqləyir ki, eşşək südündən hazırlanan ağartı bir çox xəstəliyin dərmanıdır.

Fermerlərin sözlərinə görə, eşşək südünün qiymətinin son illər qalxmasına səbəb tələbatın artmasıdır. Onlar artıq öz fermalarını genişləndirmək üçün yeni heyvanlar alırlar. Eşşək südünün sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitə olduğu bildirilir. Maraqlıdır, Azərbaycanda eşşək südünün qiyməti neçədir? Ümumiyyətlə, bizdə bu işlə məşğul olan fermalar varmı?

Oxu.Az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli Cebhe.info-ya bildirib ki,  Azərbaycanda belə fermalar yoxdur: 

“Azərbaycanda belə ferma yoxdur. Amma ayrı-ayrı şəxslər bu heyvanı saxlayır. Südün qiyməti ilə bağlı dəqiq informasiyam yoxdur, amma eşşək südündən hazırlanan pendirin bir kilosu 58 manatdır”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri