21 
Apr
2017
11:12
16
85
2660
Virtual karabakh

Bakıda əşyasız kirayə ev tapmaq müşkül olub – VİDEO

21 Apr, 2017
11:12
2660

Bakıda əşyasız kirayə ev tapmaq müşkül olub – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda əşyasız şəkildə kirayəyə verilən mənzillər azalıb.

Oxu.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, buna səbəb əşyasız evin, əşyalı mənzilə nisbətən kirayə qiymətinin ucuz olmasıdır.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bildirir ki, son 10 ildə əşyalı evə tələbat çox olduğundan mənzil sahibləri də evlərini bu şəkildə kirayə verməyə çalışırlar. 

Araşdırmalara görə, Bakıətrafı ərazilərdə də belə evlərin qiyməti fərqlidir. Məsələn, şəhərin mərkəzində 2 otaqlı əşyalı ev 500-600 manata təklif edildiyi halda, əşyasız ev 400-450 manatdır. Nisbətən mərkəzdən kənar, amma metrolara yaxın ərazilərdə bu qiymət əşyalı ev üçün 350-400 manat olduğu halda, 2 otaqlı əşyasız evin kirayə qiyməti 300 manat olur. Şəhərdən qıraq ərazilərdə isə 2 otaqlı, əşyalı ev 250 manat civarında, əşyasız evlər isə maksimum 200 manata qədər olur.

Ekspert bildirir ki, əşyanın təzə və yaxud köhnə olmasına görə də qiymətlər arasında 50 manata qədər fərq olur.

Əşyalar daşınan zaman yararsız hala düşdüyündən, hətta əşyası olan kirayəşinlər də tez-tez ev dəyişdiyi üçün əşyalı evdə kirayə qalmağa üstünlük verirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri