21 
Apr
2017
15:56
134
13
9892
Virtual karabakh

Azərbaycanda uşaqlarla bağlı qadağa

21 Apr, 2017
15:56
9892

Azərbaycanda uşaqlarla bağlı qadağa

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşaqlarla bağlı bütün çap materiallarından reklamlar yığışdırılır.

Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitablarda reklamlar qadağan edilir.

Oxu.Az-ın məlumatına görə, bu, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən əlavələrdə əksini tapıb. 

Layihədə o da qeyd olunub ki, uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə biləcək reklamlar məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməyəcək.

Layihə Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə edilərək plenar iclasa tövsiyə olunub.

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri