21 
Apr
2017
18:16
266
24
1902
Virtual karabakh

Ümrə ziyarətində olanlar Azərbaycana bazar günü qayıdacaqlar

21 Apr, 2017
18:16
1902

Ümrə ziyarətində olanlar Azərbaycana bazar günü qayıdacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Səudiyyə Ərəbistanında Ümrə ziyarətində olan 26 nəfərlik qrup aprelin 23-ü Azərbaycana qayıdacaq.

Oxu.Az-ın məlumatına görə, bunu Report-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.

Onun sözlərinə görə, Ümrə ziyarətinə növbəti qrup Ramazan ayının 15-dən, miladi təqvimlə iyunun 10-dan sonra gedəcək: “Ümrə ziyarətinə daha bir qrup Ramazanda, ayın 15-dən sonra gedəcək. Ramazan bayramından sonra Ümrə ziyarəti artıq yekunlaşır. Çünki bundan sonra Həcc ziyarəti üçün hazırlıqlar aparılır”.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 27-də başlayacaq. İyunun 26-da isə Ramazan bayramı qeyd olunacaq.  

Z.Q.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri