25 
Apr
2017
21:39
356
50
20379
Virtual karabakh

Bakıda vətəndaşı ölümdən xilas edən polis danışdı – VİDEO

25 Apr, 2017
21:39
20379

Bakıda vətəndaşı ölümdən xilas edən polis danışdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda polis əməkdaşının ayıq-sayıqlığı insan həyatının xilas edilməsi ilə nəticələnib. Təsəvvür edin, ailə üzvləri onun yatdığını zənn ediblər, qapı döyülüb və eşitdiklərindən dəhşətə gəliblər.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, sosial şəbəkədə intihar etdiyini yazan Şaiq İsgəndərovu xilas edən polis zabiti Ələsgər Hüseynov hadisənin detallarını danışıb.

Bir neçə gün əvvəl paytaxtın Sabunçu qəsəbə sakini 38 yaşlı Şaiq İsgəndərov sosial şəbəkədə status yazandan sonra özünə kəsici alətlə xəsarət yetirməyə başlayıb.

Bu zaman onu sosial şəbəkədə izləyənlərdən biri “102” xidmətinə zəng edib. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürülən məlumat dərhal araşdırılıb.

Bölmə əməkdaşları intihar etmək istəyən şəxslə əlaqə saxlayan zaman o, yaşadığı evin ünvanını bilərəkdən səhv deməklə yanaşı, mənzilin giriş qapısının rəngini də olduğu kimi deməyib. Hadisənin baş verdiyi evi ilk olaraq tapan şəxs isə elə onunla telefon əlaqəsi quran polis baş leytenantı Ələsgər Hüseynov olub.

Şaiqlə eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov da onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub.

Şaiq İsgəndərov, yanlış qərar verdiyini və sağ qaldığı üçün polis əməkdaşlarına minnətdarlığını bildirib.

O, intihar etmək istəməsinin səbəbi kimi 90-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı şəhid olan qardaşının yoxluğu ilə hələ də barışa bilməməsini göstərib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri