26 
Apr
2017
09:52
46
178
6650
Virtual karabakh

Toylarda bahalı avtomobil karvanı – VİDEO + QİYMƏT

İnsanların toylarda dəbdəbə və görüntü istəyi sərhəd tanımır. Son zamanlar toylarda bahalı nəqliyyat vasitələrindən ibarət avtomobil kortejlərinə maraq artıb.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntü və dəbdəbə arzulayanlar bəy-gəlin avtomobilini belə, bahalı avtomobillərin təqib etməsini istəyirlər.

Bu istək isə yeni sektorun yaranmasına səbəb olub. Yəni, toy üçün bahalı avtomobil korteji kirayəsi. Hətta bir toya 20-dən çox bahalı avtomobil sifariş edənlər var. Kortej toy boyunca bəy və gəlini müşayiət edir. İstəyə uyğun olaraq sürücü toy sahibindən və ya icarəyə verən şirkətdən ola bilər. Üstünlük daha çox qızılı və ağ rəngdə olan “Cip”lərədi. Qiymətlər avtomobilin modelinə, rənginə və sayına görə dəyişir.

İcarədarlar sifarişin, əsasən, Bakı toyları üçün olduğunu deyirlər. Amma bölgələrdən də müraciət edənlər az deyil, burada isə məsafədən asılı olaraq qiymət dəyişir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri