May
2017
14:30
141
47
6427
Virtual karabakh

Toygar Barut: Məqsədimiz Azərbaycan brendini dünyada tanıtmaqdır – FOTO

2 May, 2017
14:30
6427

Toygar Barut: Məqsədimiz Azərbaycan brendini dünyada tanıtmaqdır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 28-də Bakıda yerləşən “Gənclik Mall” ticarət mərkəzində “Decoria” mağazasının açılış mərasimi baş tutub. “Hər şey ev üçün!” şüarı ilə fəaliyyətə başlayan mağazada ev, bağça, ofis üçün lazım olan məhsullar satışa təqdim olunur.

Mağazanın direktoru Toygar Barut Oxu.Az-a müsahibəsində ““Decoria” - Azərbaycan brendidir. “Gənclik Mall”da yerləşən mağazamızın sahəsi 2 min kvadratmetrdir. Ev, bağça və ofisdə istifadə oluna biləcək əşya və avadanlıqları burada əldə etmək mümkündür” deyib.

- Məhsullar hansı ölkələrdən idxal olunur?

- Mağazamızda müştərilərə 200-dən artıq istehsalçı və 400-dən çox markanın 10 mindən artıq çeşiddə məhsulları təklif  olunur: elektrik malları, xalça, mebel dəstləri, duş kabini, divar kağızları, boya və s. Bunlar Türkiyə, Almaniya, Hollandiya və digər ölkələrdən mağazamıza gətirilir.

- Bakıdan başqa digər şəhər və rayonlarda “Decoria” mağazasını açmaq planınız var?

- Bakıda mağazamızın sayını 3-ə çatdırmağı, 4 il ərzində isə Azərbaycanın digər rayon və şəhərlərində 10 mağaza açmağı planlaşdırırıq. İlk növbədə, Gəncə ilə bağlı danışıqlarımız olub. Daha sonra Azərbaycandan kənarda da mağazalarımızı açmaq istəyirik. Hədəfimiz Azərbaycanın “Decoria” markasını dünyada tanıtmaqdır.

- Azərbaycanda belə bir mağaza açmaq istəyiniz nədən qaynaqlandı?

- Mən Türkiyədə uzun illər “Tekzen” marketlər şəbəkəsində fəaliyyət göstərmişəm. Bu minvalla Azərbaycanın paytaxtı Bakıda ilk mağazanı açmağa qərar verdim. Məhsulların bu cür zəncirvarı satışı Türkiyədə ilk dəfə 20 il əvvəl “Tekzen”lə başlayıb. Məsələn, müştəriyə bağ üçün lazım olan avadanlıqları bir yerdən almaq daha uyğundur: masa, stul, çiçək, toxum və s. Oxşar sözləri, eləcə də ev və ofis haqqında da söyləmək olar.  

Əsas məqsədimiz isə məhsulun keyfiyyətli, hər cibə uyğun qiymətə olması və müştərinin məmnun qalmasıdır.

- Məhsulların qiymətləri barədə məlumat verə bilərsinizmi?

- Burada həm 1 manata, həm də 2000 manata olan məhsullarımız var. Qiymət seçimdən asılıdır. Bu sahədə qiymətlərlə maraqlandıq və müştərilər üçün ən uyğun qiymətləri tərtib etdik.

Aytən Sadıqzadə
Foto: İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri